Bu gün Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın doğum günüdür.
Quliyeva İlhamə Məzahir qızı 1942-ci il avqustun 17-də Bakıda anadan olub.
O, 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.
1998-ci ildə Azərbaycanın, 2008-ci ildə isə Dağıstanın xalq artisti adına layiq görülüb.
Xalq artisti doğum gününü doğmalarının əhatəsində bağ evində qeyd edəcək.
Gün.Az