ZQAN Holdinq Ramazan bayramında xüsusi aksiya keçirib - Foto
17.8.2012

Ölkənin iri holdinqlərindən biri olan ZQAN Holdinq Ramazan bayramı münasibətilə fərqli aksiya keçirib.

Belə ki, iftar zamanı tıxaclarda qalan, işıqforlarda dayanan sürücülərə holdinqin əməkdaşları tərəfindən xurma və su paylanılıb. Bu xeyriyyə aksiyası sayəsində bir çox insan tıxaclarda olduqları halda belə vaxtında iftarlarını aça bilmişlər. Sürücülər holdinq tərəfindən həyata keçirilən bu xeyriyyə aksiyasını yüksək qiymətləndiriblər.

“Əvvəla, bütün Azərbaycan xalqını Müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm və duaların qəbul olunmasını arzulayıram. Qeyd olunan bayram dünya müsəlmanları üçün çox önəmli və müqəddəsdir.

Biz ZQAN Holdinq olaraq isə öz növbəmizdə qərara gəldik ki, iftar vaxtı yollarda olan həmvətənlərimizə dəstək olaq. Aksiya zamanı Bakı sürücülərinin bizim əməkdaşlara təşəkkür etmələri bizi qürurlandırdı. Aksiya artıq ənənə halını alib” - deyə ZQAN Holdinq-in İdarə Heyətinin Sədri Vaqif Həsənov bildirib.

Qeyd edək ki, bu aksiya ZQAN Holdinq tərəfindən keçirilən ilk belə aksiya deyil. Bundan əvvəl də holdinq bir çox xeyriyyə aksiyalarına imza atıb.

ZQAN Holdinq Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. ZQAN Holding ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. ZQAN Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

Gün.Az