Rusiya Sosial Sığorta Fondu ölkəmizin əmək və sosial müdafiə sahəsində təcrübəsini öyrənir
24.11.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Sosial Sığorta Fondunun nümayəndə heyəti ilə görüş keçirilir.

Fondun sədr müavini Aleksey Polikaşinin başçılıq etdiyi nümayəndə heyəti bu qurumun departament rəhbərləri və digər məsul şəxslərindən, habelə Rusiyanın bir sıra nüfuzlu KİV-lərinin əməkdaşlarından ibarətdir. Səfərdə məqsəd ölkəmizin əmək və sosial müdafiə sahəsində avtomatlaşdılmış iş sistemlərinin öyrənilməsidir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daim inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin getdikcə genişləndiyini bildirib.

azertag.az