Bakıda keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk günü Azərbaycan güləşçiləri 5 medal qazanmışlar
22.8.2012

Avqustun 21-də Bakıda yeniyetmələr arasında keçirilən sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının ilk gününə yekun vurulmuşdur.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışın ilk günü 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparmışlar.

Yarışda Coşqun Məmmədov (42 kq, Azərbaycan), Əli Pərviz Məhəmmədzadə Nağarçı (50 kq, İran), Cahid Həsənzadə (58 kq, Azərbaycan), Omari Qurjidze (69 kq, Gürcüstan) və İnal Tasoev (85 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Azərbaycanın digər pəhləvanları Ruslan Suzkayev (50 kq), Çermen Baqayev (85 kq) gümüş, Samir Sadullayev (69 kq) isə bürünc medal qazanmışlar.

AzərTAc