“Tərk etmə məni” sənədli filmi təqdim olunmuşdur
23.8.2012

Görkəmli alim, həkim, bəstəkar, seleksiyaçı Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş “Tərk etmə məni” tammetrajlı sənədli filmi respublikamızın cənub bölgəsinin tamaşaçılarına təqdim olunmuşdur.

Filmin ssenari müəllifi və rejissoru, professor Aydın Dadaşovdur.

Aydın Dadaşov bildirmişdir ki, təqdimatdan sonra “Cənub TV”nin “Müzakirə” verilişində qonaq oldum və tamaşaçıları maraqlandıran sualları cavablandırdım.

Filmin bədii dəyərini yüksək qiymətləndirən ziyalılar bu ekran əsərinin yubileyə layiqli töhfə olduğunu söylədilər.

Aydın Dadaşov “Tərk etmə məni” filminin digər dillərə də tərcümə ediləcəyini bildirmişdir.

AzərTAc