Türkiyənin mərhum kinoaktyoru Kemal Sunalın ailəsi onun filmlərindən qazanc götürmək istəyir.
K.Sunalın ailə üzvləri “Şaban”ın filmlərinin nümayişindən onlara pul ödənilməsi üçün məhkəmə iddiası qaldırıblar.
Məlumata görə, K.Sunalın ailə üzvləri bu iddiada xüsusilə “Düttürü dünya” və “Yoxsul” filmlərinin rejissoru Şerafetton Gürü hədəfə götürüblər.
Onlar rejissorun bu ekran əsərlərindən sui-istifadə yolu ilə böyük gəlir götürdüyünü iddia edərək, Ş.Gürdən maddi ziyana görə 2 min, mənəvi ziyana görə isə 10 min lirə təzminat istəyiblər.
İddiaya baxan Yarqıtay 11-ci Hüquq Dairəsi K.Sunalın ailə üzvlərinin istəyini qismən təmin edərək, maddi ziyanla bağlı tələbi haqlı saysa da, mənəvi ziyan iddiasının əsaslı olmadığına dair qərar verib.
Məhkəmə qərarına əsasən, K.Sunalın çəkildiyi filmləri nümayiş etdirən ölkənin bütün telekanalları buna görə onun ailəsinə müəyyən məbləğdə vəsait ödəməli olacaqlar.
big.az