IV “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində ilk konsert
2.12.2016

Beynəlxalq Muğam Mərkəzində IV “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində ilk konsert proqramı təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan konsertdə ukraynalı Vladimir Runçakın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsertdə Vladimir Runçakın, gürcüstanlı Rezo Kiknadzenin, estoniyalı Helena Tulvenin, özbəkistanlı Əzizə Sadıqovanın, Azərbaycan bəstəkarları Ayaz Qəmbərli və Firudin Allahverdinin əsərləri səsləndirilib.

Layihə çərçivəsində növbəti konsert dekabrın 2-də keçiriləcək.

azertag.az