Ancelina Colinin 4 yaşlı qızı da aktrisa olur
24.8.2012

Amerikalı məşhur aktrisa Ancelina Colinin 4 yaşlı qızı Viviyen anasıyla birlikdə filmdə rol alacaq.

Bu barədə məlumat “Walt Disney” studiyalarından verilib. Məlumata görə, Ancelinanın ən kiçik qızı “Maleficient” filmində kiçik bir rolda çəkiləcək.

Viviyenin yatan Gözəl Şahzadə Avroranın uşaqlığını oyanayacağı bildirilib. Çəkilişlərinə iyun ayında start verilən film 2014-cü ilin martında yekunlaşacaq.

ANN.Az