Eldar Qasımov Ukraynada klip çəkdirib
24.8.2012

“Eurovision” tarixinə qalib kimi düşən azərbaycanlı müğənni Eldar Qasımov (Ell) Ukraynada klip çəkdirib. Sənətçinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən klipin tizeri 2012-ci ilin avqustun 27-də nümayiş olunacaq.

Sənətçi “Eurovision”dan sonra ilk klipini Ukraynanın paytaxtı Kiyevdə “I’m Free” mahnısına çəkdirib.

Fanatları Eldarın yeni klipinin tizerini bu yaxınlarda görməyə müvəffəq olacaqlar. Bu imkanı onlar avqustun 27-də http://www.youtube.com/TheEllofficial saytında izləyə biləcəklər. “I’m Free”yə çəkilən klipin premyerasının sentyabrda keçirilməsi planlaşdırılır.

APA