Bakıda keçiriləcək II Beynəlxalq Teatr Konfransının tarixləri müəyyənləşib
24.8.2012

Bakıda keçiriləcək II Beynəlxalq Teatr Konfransının tarixi müəyyənləşib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, konfrans noyabrın 5-i və 6-da Akademik Milli Dram Teatrında baş tutacaq.

Bildirilir ki, konfransa I layihədən daha çox ölkənin qatılacağı nəzərdə tutulur və bununla bağlı hazırda danışıqlar aparılır. Konfrans çərçivəsində bir neçə günlük teatr festivalının keçirilməsi də gözlənilir.