Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul dekabrın 9-da saat 11.00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) xahiş olunur.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
azertag.az