Dövlət Dəniz Administrasiyasında “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi və Dövlət Dəniz Administrasiyasında işləyən əməkdaşlarla “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan “Maraqların toqquşmasının qarşısının alınması” sahəsində maarifləndirmə işlərinin aparılması məqsədilə “Maraqların toqquşması və onun həlli” mövzusunda tədbir keçirilib.
Administrasiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurum rəhbərliyi və Mərkəzi Aparatda çalışan əməkdaşların iştirakı ilə keçirilən tədbirdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunması üzrə məsələlərin önəmindən bəhs edilib. Vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli davranılmasına riayət edilməsinin zəruriliyi vurğulanaraq, maraqların toqquşmasının mahiyyəti və səbəbləri, onların həlli, maraqlar toqquşmasının qarşısının alınması üsulları barədə iştirakçılara məlumat verilib.
Aparılan müzakirlərdə iştirakçıların sualları cavablandırılaraq, maraqların toqquşması prosesində yaranan münasibətlərin tənzimlənməsinə dair mövcud qanunvericilik və beynəlxalq təcrübə barədə məlumat verilib.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, qanunvericiliklə müəyyən edilən etik normalara əsasən Dövlət qulluqçularının “Maraqların toqquşmasının qarsının alınması” üzrə maarifləndirmə işinin davam etdirilməsi üçün gələcəkdə də mütəmadi olaraq təlim kursları və treninqlər təşkil edilərək müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin ediləcək.
trend.az