Xəbər verildiyi kimi son illər Dövlət Film Fondu tərəfindən bir çox Azərbaycan filmləri bərpa olunaraq yenidən tamaşaçılara təqdim edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
Dövlət Film Fondunun mətbuat xidmətindən bildirblər ki, bu günlərdə Azərbaycanın “Yeddi gözəl” film baleti bərpa olunub. Filmin rejissoru Feliks Slidovker, baş baletmeystrləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Baletin film versiyası 1982-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hazırlanıb.
Bərpa olunan filmlər arasında “Leyli və Məcnun” filmi də var. Filmdə Nodar Şaşıqoğlu, Nəcibə Məlikova kimi aktyorlar rol alıblar. Fondun təşəbbüsü ilə “Yaramaz”, “Arşın mal alan”, “Nəğmə müəllimi”, “Mən mahnı qoşuram” kimi ekran əsərləri də bərpa olunacaq.
Milli.Az