Dünyada dizayner, konsaltinq və injinirinq üzrə ən böyük şirkətlərdən biri, Böyük Britaniyanın "Atkins" şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır.
Bu barədə Britaniya mətbuatına istinadən xəbər verilir.
Məlumata əsasən, Bakı ofisi ilk növbədə Xəzər dənizində əsas neft və qaz operatorlarının fəaliyyətinə dəstək verəcək, eləcə də şirkətin Türkiyə və Gürcüstandakı işini koordinasiya edəcək.
Şirkətin Azərbaycan üzrə rəhbəri Con Todd bildirib: "Azərbaycan iqtisadiyyatda olduğu kimi, enerji istehlakında da neft və qazdan asılılığı azaltmağa çalışır. Bizim yaxın 5-10 il üçün planımız enerji sektorunun bütün sferalarında təcrübəmizdən istifadə etmək, eləcə də külək elektrik stansiyaları yaratmaq, daha sonra isə öz mütəxəssislərimizi infrastruktur, memarlıq və tranzit xidmətlərinə cəlb etməkdir".
trend