“Forbes” jurnalı dünyanın ən çox qazanan məşhurlarının reytinqini açıqlayıb. Bu barədə jurnalın Amerika versiyasının saytında deyilir.
Siyahıya teleaparıcı Opra Uinfri başçılıq edir. 2011-ci ilin mayından 2012-ci ilin mayınadək onun qazancı 165 milyon dollar təşkil edib. Onu bir ildə 160 milyon dollar qazancı olan prodüsser Maykl Bey izləyyir. Üçüncü yeri rejissor Stiven Spilperq 130 milyon dollar gəlirlə tutur.
Siyahıda repçi Dr Dre, yumorist Hovart Stern, rejissor Corc Lukas, müğənni Elton Con, aktyor Tom Kruz və başqalarının da adları var.
ANS PRESS