Azərbaycanlı bəstəkarın əsəri birinci yerə layiq görülüb
9.12.2016

Dekabrın 8-də Sankt-Peterburq şəhərində beynəlxalq “Nevskoe Siyanie” müsabiqəsi keçirilib.

Azərbaycanlı bəstəkar Tural Məmmədlinin fortepiano üçün yazdığı “Sükutun səsi” adlı musiqi əsəri müsabiqədə birinci yerə layiq görülüb.

Sözügedən müsabiqədə birincilik uğurunda Azərbaycanla yanaşı, Rusiya, Finlandiya, Hindistan, Yaponiya, Tacikistan, Başqırdıstan və digər ölkələrdən olan iştirakçılar mübarizə aparıb.

Müsabiqəyə 9 ölkədən 55 iştirakçı qatılıb.

azertag.az