Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” “Təcrübəni bölüş” sosial layihəsi çərçivəsində Dövlət İqtisad Universitetində növbəti görüşünü təşkil edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, görüşdə “PAŞA Həyat”ın maliyyə departamentinin direktoru Əfqan Əfqanlı və universitetin bir qrup tələbə heyəti iştirak edib. Görüşdə Ə.Əfqanlı uğurlu iş adamı olaraq tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatı üçün faydalı məsləhətlər verib, eləcə də layihənin məqsədi və imkanları haqqında danışıb.
O bildirib ki, “PAŞA Həyat”ın “Təcrübəni bölüş” adlı layihəsi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarını əhatə edir və əsas məqsəd şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların karyera imkanlarını daha düzgün istiqamətə yönləndirməkdən ibarətdir.
Görüşün sonunda tələbələrin sualları əsasında diskussiyalar aparılıb, real iş həyatı və maliyyə sektoru üzrə əmək bazarında olan tələblər müzakirə edilib. Qeyd edək ki, “PAŞA Həyat”ın “Təcrübəni bölüş” adlı layihəsi çərçivəsində indiyədək 4 universitetdə görüş keçirilib. Görüşlərdə 200-dən çox tələbə bu layihənin iştirakçısı olub.
trend