Azərbaycanda yağış gözlənilir
28.8.2012

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 29-da Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 29-da əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, lakin axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 29-34 dərəcə isti olacaq.

Milli.Az