Heydər Əliyev Sarayında Ümummilli Liderin xatirəsi anılıb
12.12.2016

Heydər Əliyev Sarayında Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Sarayın mətbuat xidmətindən bildirilib ki, Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev Ümummilli Liderin müstəqil Azərbaycanın möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, bütün sahələrdə olduğu kimi mədəniyyətimizin də inkişafı istiqamətində gördüyü işlərdən və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən söhbət açıb.

Tədbirdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti, misilsiz xidmətləri, ölkəmizin inkişaf və tərəqqisi naminə gördüyü işlərdən danışıblar.

azertag.az