Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Belarus Dövlət Rabitə Akademiyasının universitetəqədərki hazırlıq fakültəsinin dekanı Yuri Stepancukla görüşüb.
BANM-dən bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və perspektivləri barədə qonağa məlumat verib.
Y.Stepancuk BANM-də tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu söyləyib.
Görüşdə, həmçinin əlaqələrin qurulması və gələcək əməkdaşlığın inkişafı üçün müqavilə imzalanması barədə tərəflər arasında razılıq əldə olunub. Gələcəkdə imzalanacaq müqavilənin tələbə və müəllimlər, həmçinin iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa zəmin yaradacağı vurğulanıb.
azertag.az