Dekabrın 14-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Zövq” adlı sərginin açılış mərasimi keçiriləcək. Sərgi ADRA və bu təhsil müəssisəsinin müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun birgə təşkilatçılığı ilə reallaşdırılacaq.
Akademiyadan bildiriblər ki, tədbirdə ADRA-nın tələbələrinin və həvəskar rəssamların çəkdiyi, fotoqrafiyanın bütün janrlarını əhatə edən 80-dən artıq şəkil nümayiş olunacaq.
Sərgi dekabrın 17-dək davam edəcək.
azertag.az