Şamaxıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
13.12.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının, eləcə də pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması və 3 ulduzlu otelin inşa edilməsi nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.


azertag.az