Rayonların birində üçulduzlu hotelin tikintisi planlaşdırlır
14.12.2016

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlardan Şamaxı rayonunun inkişafının prioritet sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirliyin saytına istinadən verilən məlumata görə, bir neçə gün əvvəl keçirilmiş işgüzar forumun yekununda bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən taxılçılıq təsərrüfatı, heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məmulatları müəssisələrinin yaradılması üzrə sahibkarlardan təkliflərin qəbul olunması məqsədəuyğun hesab edilib.

Bundan başqa, rayonda üçulduzlu mehmanxananın tikintisi üzrə investisiya layihəsinin qəbulu elan olunub.

SKMF-nin məlumatına görə, sahibkarlar fonda səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilər.

trend.az