Azərbaycan Kinematoqrafçılar İttifaqı "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafıya şöbəsinin sektor müdiri, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.
Onlar “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda keçirilən bu seminarların “Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün gələcək həyatında mühüm əhəmiyyət daşıyacağını vurğulayıb. Seminarlarda "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda müsabiqə iştirakçılarına kinoda ssenarinin əhəmiyyətindən də danışılıb. Ekspertlər seminarlar zamanı kino filminin işinin uğurlu alınması, bügünkü tələblərə cavab verməsi və dünya arenasında tanınması üçün müasir ssenarilərin vacib əhəmiyyət daşıdığını vurğulayıblar.
trend