Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edəcək
14.12.2016

Dekabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında “Gələcəyin ulduzları” adlı konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan bildirilib ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində təşkil olunacaq tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunacaq.

azertag.az