Dekabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli sənətkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə operasevərlərə təqdim olunacaq.
Bu dəfə səhnənin Məcnunu Əməkdar Artist İlkin Əhmədov, onun tərəf-müqabili isə gənc solist Arzu Əliyeva olacaq. Bundan başqa, səhnə əsərində Xalq Artisti Mənsum İbrahimov, gənc xanəndə Aytən Məhərrəmova və başqaları iştirak edəcək.
Operanı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
azertag.az