“16 günlük kampaniya”ya yekun vurulub
14.12.2016

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına yekun vurulub.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il noyabrın 25-də başlayır və 10 dekabra qədər davam edir. Daha çox “16 günlük kampaniya” kimi tanınan bu fəaliyyət fərdlər və təşkilatlar tərəfindən bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırış etmək üçün birgə strategiya kimi istifadə olunur.

Təbliğat-maarifləndirmə kampaniyası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı və digər təşkilatların dəstəyi ilə həyata keçirilib.

Yekun tədbiri olaraq təşkilatçılar tərəfindən flaşmob keçirilib. Bu flaşmobda simvolik olaraq qadınların və qızların həyatlarında təhsilin mühüm rol oynaması vurğulanıb.

Flaşmobun iştirakçıları gözə çarpmayan boz libaslarda ağaca yaxınlaşaraq yarpağını dərirlər və yarpaq üzərində qadın təhsili barəsində olan məşhur kəlamları oxuyaraq libaslarını yerə atırlar. Məhz bu anda onlar müxtəlif peşələrə yiyələnərək öz icmalarına dəstək olmağa çalışırlar. Aşağıdakı linkdən flaşmobla tanış olmaq olar: https://youtu.be/qV9Kp_Gy7dw

azertag.az