Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında brifinq keçirilir
14.12.2016

Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar brifinq keçirib.

Tədbirdə yeni təhsil proqramlarının tətbiqi ilə bağlı məlumat verilib.

Qeyd olunub ki, yeni təhsil proqramlarının tətbiqi ilə qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranıb. Bu istiqamətdə görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı təkan verib. Həmin sənədə əsasən TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olunub.

azertag.az