Eşq Ferihanı milyarder etdi
30.8.2012

Aşiq olduğu üçün maaşı artırılan Türkiyənin gənc və istedadlı aktrisası “Adını Feriha Koydum” serialının qəhrəmanı Hazal Kaya 22 yaşında milyarder olub.

22 yaşlı Hazal Kayanın aylıq gəliri 80 min dollardır. Bununla kifayətlənməyən Hazal Kaya yaşadığı eşq məcarasından sonra aylıq gəlirini daha da artırıb. Bunun səbəbi isə daha çox gündəmdə olması ilə bağlıdır.

1990-cı il ildə anadan olan Hazal Kaya 16 yaşından etibarən kameraların önündədir. 2006-cı ildə “Sıla” serialında çəkilən Kaya daha sonra bir sıra seriallarda rol alıb. Kayanı məşurlaşdıran serial isə “Aşk-ı Memnu” olub. Kayanın bu serialda hər seriyaya görə 7 min dollar qazancı olub. Hazal bu serialda sadəcə pul qazanmayıb, həm də tanınıb.

İlk baş rolunu isə “Adını Feriha Koydum” serialında ifa edən Kaya, buradakı qazancını 12 min dollara çatdırıb.
Kaya yeni sezonda çəkiləcəyi “Son yaz Balkanlar” serialında isə bir çoxları üçün xəyal kimi görünsə də, hər bölümə görə 20 min dollar məvacib alacaq.

big.az