İlk dəfə olaraq azərbaycanlı bəstəkarın mahnısı Makedoniya və Serbiyada festivallarda iştirak edib. Bəstəkar İsa Məlikovun mahnısını bu festivallara çıxaran Monteneqrodan olan müğənni Aleksandra Buçevaç olub.
O, azərbaycanlı bəstəkarın “Bjezi” mahnısını oxuyub.
Bu mahnı ilə müğənni avqustda Makedoniyanın Ohrid şəhərində “OhridFest 2012” festivalında iştirak edib və 4-cü yer tutub.
Daha sonra müğənni həmin mahnı ilə Serbiyanın Novi Pazar şəhərində “Stari Grad” festivalında üçüncü yer tutub.
Bu mahnı Serbiyadakı festivalda həmçinin “Ən yaxşı yay hiti-2012” nominasiyası üzrə birincilik qazanıb.
VIDEO
http://gun.az