Dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılacaq.
Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyinin Təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgidə Azərbaycan Rəssamlar İttifaqı və Gənc Rəssamlar Birliyinin üzvü olan fırça ustaları iştirak edəcək.
Sərginin ekspozisiyasında müstəqilliyimizin bərpasından bu günədək dövlətimizin qazandığı uğurları, torpaqlarımızın azadlığı uğurunda canından keçən Vətən övladlarının qəhrəmanlığının əks olunduğu rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti janrlarında olan rəsm əsərləri yer alacaq.
Sərgi üç gün davam edəcək.
azertag.az