Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) orta ixtisas musiqi məktəb-studiyasının uşaq opera teatrı yeni tamaşanın məşqlərinə başlayıb. Belə ki, dekabrın 28-də BMA-da “Səni sevirik, Xəzərim” adlı musiqili tamaşa sənətsevərlərə təqdim olunacaq.
BMA-dan bildirilib ki, tamaşanın quruluşçu rejissorları Elvin Mirzəyev və Nigar Mirzəyeva, musiqi rəhbəri isə Ofeliya Axundovadır.
Səhnə əsərinin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovdur.
azertag.az