Gilas - dəri problemləri olan insanlar üçün çox xeyirlidir...
21.12.2016

Gilas - həzm sistemi orqanlarını gücə salmadan, orqanizm tərəfindən rahat qəbul edilən çox xeyirli meyvədir.
Dietoloqların apardığı araşdırmalara əsasən , öz dadlı və ətrili xüsusiyyətləri i ilə bərabər, gilas vitamin tərkibi ilə çox zəngin bir meyvədir. Belə ki, bir giləmeyvədə - B, C, P, A vitaminləri, minerallar, dəmir və maqniy vardır. Onla isə beyinin işini aktivləşdirir və ümumilikdə orqanizmə müsbət təsir göstərir. Kalori dəyərinə gəldikdə isə, 100 qr məhsulda 52 kkal. var.

Xeyirli xüsusiyyətləri...
Gilas - orqanizmdə mübadilə prosesslərinin aktivləşdirilməsi üçün çox xeyirli sayılır. Xəstəlik keçirən və iştahı olmayan insanlar bu məhsuldan yeməklə, dərhal əhvalını yaxılaşdıra, həzmi normallaşdıra, beyinin iş qabiliyyətini aktivləşdirə və zəif orqanizmi lazımlı və gücləndirici mikroelementlərlə zənginləşdirə bilir.
Tərkibində olan karotinoid və flavonoidlər kimi bioloj aktiv maddələr, həkimlərin fikrinə görə çox vacibdir ki, onlar, qanın laxtalanmasını yaxşılaşdırır, trobların yaranmasında profilaktik rol oynayır və damarların divarlarını möhkəmləndirir. Yüksək təzyiqdən əziyyət çəkən insanlar gündə bir ovuc gilas yeməklə təzyiqin azalmasını və ümumiyyətlə əhvalın düzəlməsini müşahidə edəcəklər.
Həmçinin sübut olunmuşdur ki, gilas anemiya hallarında çox xeyirlidir. Belə ki, tərkibində olan dəmirin miqdarı qanı oksigenlə zənginləşdirərək zəiflik və əzginliyi aradan qaldırır.
Selülloz, xəstə bağırsağın iş prossesini yaxşılaşdırdığına görə, həm bağırsaq pozğunluğu, həm də qəbizlikdə müsbət təsir göstərə bilir.
Bu meyvəni çox yeyən insanların dərilərinin vəziyyətinin çox gözəl olması, gilasın böyrəklə orqanizmdən şlakların təmizlənməsini stimullaşdırması ilə bağlıdır. Məsamələrin daraldılması, dəri qatının təmizlənməsini və hüceyrələrin cavanlaşması kimi xüsusiyyətlərini nəzərə alaraq, bu məhsulu kometologiyada lazımlı komponent kimi malicəvi maskalar və skarblar üçün geniş istifadə edirlər.
Universal təbii dərmanla nəfiz dadın ahəngi olan bu meyvəni mövsümündə mümkün qədər çox yemək məsləhət göürülür.

saglamolun.az