Moldovanın beynəlxalq aeroportu ilə bağlı Azərbaycana TƏKLİF
21.12.2016

Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyi Azərbaycan sərmayədarlarını Balti Beynəlxalq Hava Limanının modernləşdirilməsi layihəsində iştiraka dəvət edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verilən məlumata görə, layihədə məqsəd hava limanını daha rəqabətqabiliyyətli etmək, eləcə də sərnişinlər üçün daha cəlbedici etməkdir.

Layihənin ümumi dəyəri 3,5 milyon avro qiymətləndirilir.

Aeroportun modernləşdirilməsi nəticəsində illik sərnişin axınının indiki 220 mindən 400 minədək artacağı gözlənilir.

trend