Dekabrın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyi və AzTV-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “Mədəniyyət” kanalının baş direktoru Ramil Qasımov orkestrin yaranma tarixindən, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, orkestr ölkəmizin mədəni həyatında hər zaman musiqi təbliğatçısı qismində çıxış edib. R.Qasımov orkestrin gələcək fəaliyyətində kollektivə uğurlar arzulayıb.
Sonra orkestrin müşayiəti ilə respublikanın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib. Orkestrin baş dirijoru və bədii rəhbəri Əməkdar Artist Faiq Sadıqovdur.
Konsert proqramı alqışlarla qarşılanıb.
azertag.az