Dekabrın 22-də L. və M.Rostropoviçlərin ev-muzeyində Azərbaycan mədəniyyətində multikultural dəyərlərə həsr olunmuş “Mədəniyyətdə multikulturalizm modeli” adlı tədbir keçirilib.
Muzeydən bildirilib ki, “Multikuturalizm ili” çərçivəsində baş tutan tədbirə Bakı şəhərində yerləşən bir sıra muzeylərin əməkdaşları da qatılıb.
L. və M.Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsindən söz açan direktor “Multikultiralizm ili” çərçivəsində keçirilən tədbirlərdən bəhs edib.
Vurğulanıb ki, müxtəlif mədəniyyətlərin qovşaq nöqtəsi kimi qəbul olunmuş multikulturalizmin təbliği istiqamətindən muzeylər, xüsusilə də L. və M.Rostropoviçlərin ev- muzeyi bu sahədə öz fəaliyyətini uğurla davam etdirib.
Tədbirdə iştirak edən muzeylərin əməkdaşları çıxış edərək ölkəmizin multikultural və tolerant ənənələrindən danışaraq, təmsil etdikləri qurumlarda “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərdən söz açıblar.
azertag.az