Bu ədviyyat şəkəri salır, arıqlamağa kömək edir
26.12.2016

Şəkərli diabet xəstələrinə darçından istifadə təkidlə tövsiyə edilir. Müəyyən mənada darçın insulin funksiyasını yerinə yetirir.
Xüsusilə də gündəlik pəhrizləri nəzərə alsaq, darçın şəkər xəstələrinə çox yaxşı təsir edir. Həkimlər deyirlər ki, onun faydalı xüsusiyyətləri bununla bitmir.
Kaliforniya universitetində aparılan elmi tədqiqat, göstərib ki, darçında metil-hidroksokalon adlı maddə var. Bu komponent anti-diabet effektinə malikdir, eyni zamanda qanda qlükozanın səviyyəsini azaldır. Qlükoza isə çəkinin həddən artıq artmasının ən əsas səbəbidir.
Arıqlamaq istəyənlər ilk növbədə qlükozanın səviyyəsini azaltmalıdır. Dolayısı ilə darçın çəkinin sabit saxlanılmasında da böyük rol oynayır. Yəni, darçının əsas üstünlüyü onda qlükozanın səviyyəsini azaldan maddələrin olmasıdır.
Darçını sıyıqlar, kəsmik, qatıq kimi qidalara az miqdarda əlavə edin. Bu həm şəkərin səviyyəsini normada saxlamağa, həm də çəkini azaltmağa kömək edəcək.

saglamolun.az