Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə dekabrın 25-də idmanın bu növü üzrə X ölkə çempionatı keçirilib.
Çempionatın açılışında əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Kapoeyra Federasiyasının və eyni zamanda, Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov tədbirdə çıxış edərək ölkəmizdə idmanın bu növünün tarixindən və inkişafından danışıb. Bildirib ki, Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Belə yarışlar da respublikamızda gənc istedadların üzə çıxarılması, idmançıların peşəkarlıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra çempionat açıq elan edilib və yarışlara start verilib.
Çempionatda iştirakçılar 4-6, 7-9, 10-12, 13-15 və 16-dan yuxarı yaş qruplarında məharətlərini göstəriblər. Peşəkar idmançıların mübarizəsi 35-55, 56-65, 66-75, 75 kiloqramdan yuxarı çəki dərəcələrində aparılıb. Qızlar arasında yarışlar isə 4-12, 13-17 və 18-dən yuxarı yaş təşkil olunub.
Sonda qalib gələn idmançılar mükafatlandırılıb.
azertag.az