Böyük Piramidalardan tutmuş Berlin divarına kimi…Domino entuziastları 128 000 kiçik domino daşlarını dağıdaraq nəhəng dünya turu təşkil ediblər.
Qərbi Almaniya, Büdingendə “The Sinners Domino Production” şirkəti rekord sayda domino daşlarını 7 dəqiqə içərisində dağıtmaqdan ötrü onların əllə yığmağılmasına həftələr xərcləmişdi.
Prosess zamanı onlar əvvəlki 49 614 sayda dünya rekordunu qıraraq 127 141 daşı toplayıblar. Burada dünyanın ən geniş domino divarını və 3D piramidası tikilib.
Domino dağıtmanın mövzüsu “Keçmişə qayıdış – dünyaya səyahət” idi.
Bir toxunuşla 31 405 daşdan düzəldilmiş ən uzun domino divarı dağılmağa başlayır. 30 metrlik divar 2 dəqiqəyə yerlə bir olur. Ancaq şou davam edir! Növbədə dağılmağı gözləyən domino piramidası var.
49 614 daşlıq 12 nəfərin əziyyətlə işlədiyi piramida konstruksiyası 30 saniyə içərisində sökülür.
Bundan sonra dominolar 1929-cu il Vol stritin süqutuna işarə olaraq fond bazarını sökür. Berlin divarının dağılmasından əvvəl isə mavi dominolar geriyə və önə hərəkət edərək London Körpüsünin altında keçən Temza çayının simvolik təsvirini yaradır.
VIDEO
Big.az