Türkiyənin TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər.
Bu barədə TRT-nin Bakı nümayəndəliyindən bildiriblər.
Nümayəndəlikdən deyiblər ki, telekanalın gələn ilin yanvar ayında rəqəmsal yayımı gözlənilir:
"Hazırda danışıqlar aparılır, müvafiq sənədlərin imzalanacağı gözlənilir".
Qeyd edək, rəqəmli yayımla bağlı müqaviləsi olmadığına görə noyabrın 1-dən TRT-1-in Azərbaycanda yayımı dayandırılıb.
Xatırladaq ki, noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si isə bölgələrdə analoq TV yayımı dayandırılıb.
trend.az