Bakıda 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən sonra Atletlər kəndi şirkətə qaytarılacaq.
Bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, İslam Həmrəyliyi Oyunlarından sonra qarşıda elə də böyük idman tədbirinin keçirilməsi gözlənilmir:
“Ona görə də Atletlər kəndi şirkətə qaytarılacaq. Atletlər kəndi sahibkara qaytarıldıqdan sonra yəqin ki, o evlər satışa çıxarılacaq”.
trend.az