Belarus Azərbaycan neftinin öz zavodlarında təkrar emalında maraqlıdır
28.12.2016

Belarus Azərbaycan neftinin öz zavodlarında təkrar emalında maraqlıdır. Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan 85 min ton neft tədarük edib ki, bu da Mozır neft emalı zavodunun işinin fasiləsiz təşkilinə imkan verib.

Səfir 2017-ci ildə Azərbaycan neftinin Belarusa tədarükünün gözlənilən həcmi barədə məlumat verməyib və qeyd edib ki, bu məsələ hər iki ölkənin neft şirkətləri tərəfindən müzakirə olunur.

trend