Dekabrın 28-də Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) instrumental ifa kafedrasının yekun konserti keçirilib. Konsert 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub.
Tədbirdə ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov və ADMİU-nun instrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq doktoru, beynəlxalq müsabiqələr laureatı Səbinə Mehdiyeva proqramda qeyd olunan əsərlərdən söz açıblar. Bildirilib ki, konsert proqramına Azərbaycan, rus və Avropa bəstəkarlarının müxtəlif instrumental alətlərdə ifa olunan əsərləri daxil edilib.
Konsertdə universitetin tələbələrinin ifasında M.Ravelin “Suyun oyunu”, F.Şopenin “Noktürn”, “Ballada №2”, F.Bədəlbəylinin “Dəniz”, K.Debüssinin “Ay işığı”, E.Nəzirovanın “Etüd”, Montininin “Çardaş” və digər əsərlər səslənib.
azertag.az