Tayvanın HTC şirkəti “Vive 2” ikinci nəsil virtual reallıq dəbilqəsinin tərtibatını təsdiqləyib.
Belə bir məlumatı yanvarın 4-də qərbin tematik KİV-ləri məlumat yayıb.
Əldə olunan məlumata görə, yeni dəbilqənin əsas xüsusiyyətlərindən biri onun masaüstü kompüterlərlə simsiz sinxronlaşdırması və vizuallığının daha da yaxşılaşdırılması olacaq.
İnternet texnologiya bazarı mütəxəssislərinin sözlərinə görə, smartfon tərtibatının zərərli istiqamətlərindən fərqli olaraq, “Vive VR” HTC şirkətinin bu seqmentdə ən yaxşı cihaz hesab olunan ilk virtual reallıq dəbilqəsi olacaq.
Cihazın bazara çıxarıldığı andan bu yana 6 ay ərzində satış həcmləri 1,5 milyon nüsxəni keçib. Cihazın uğuru HTC şirkətinə onun qiymətini 699 dollara qədər azaltmağa imkan verib.
lent.az