2016-cı ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4882 metr qazma işi həyata keçirilib.
SOCAR-ın saytına istinadən verilən xəbərə görə, bu sahədə görülmüş işlərin 4839 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 105245 metr qazma işi görülüb ki, bunun da 102532 metri istismara, 2713 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, ötən ilin dekabr ayında qazmadan alınıb 7, il ərzində isə 64 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
trend