Yanvarın 21-də dünya şöhrətli muğam ifaçımız, Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Avstraliyanın Sidney şəhərində konsert proqramı ilə çıxış edəcəklər.
Konsert yanvarın 7-də start götürən Sidney festivalı çərçivəsində baş tutacaq.
Konsertin afişasında görkəmli ifaçımız haqqında: “Alim Qasımov yaşayan ən möhtəşəm müğənnilərdən biridir” ifadəsi yer alıb.
Qeyd edək k, Sidney festivalı yanvarın 29-dək davam edəcək.
azertag.az