Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər
10.1.2017

Yanvarın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər.

Akademiyanın mətbuat xidmətindən bildirilib ki, konsert proqramı “Baku Opera Art” layihəsi çərçivəsində gerçəkləşəcək. Layihənin məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdən ibarətdir. Təqdim olunan bir sıra operalardan hissəciklərlə yanaşı, 40 ildən çoxdur səhnələşdirilməyən Ş.Qunonun “Faust” operasından bütöv akt nümayiş olunacaq. Həmçinin, konsertdə Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə opera studiyasının kollektivi xor nömrələri səsləndirəcək.

Konsertin bədii rəhbəri BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəylidir.

azertag.az