Balakəndə kənd məktəbi üçün yeni bina tikilir
12.1.2017

Balakən rayonunun Şərif kəndində tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb.

Rayon icra hakimiyyətindən bildiriblər ki, bina 2012-ci ildə bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşüb.

Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən ikimərtəbəli yeni məktəb binasının 2017-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə son 11 ildə Balakən rayonunda 31 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası isə əsaslı təmir olunub.

azertag.az