Azərbaycanın kommersiya banklarının kredit kartları ilə həyata keçirilən əməliyyatların həcmi aylıq müqayisədə 10 mln. manat və ya 7,6% artaraq 2016-cı ilin noyabr ayında 142 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, kredit kartları ilə ölkə daxilində həyata keçirilən əməliyyatların həcmi 50 mln. manatı ATM-lər, 37 mln. manat POS-terminallar vasitəsilə ilə olmaqla 87 mln. manat təşkil edib. Bu da aylıq müqayisədə 10%-dən çox artım deməkdir. Hesabata əsasən, ATM-lər vasitəsilə əməliyyatların həcmi 4,2%, POS-terminallar vasitəsilə əməliyyatların həcmi 19,4% artıb.
Dövriyyədə olan kredit kartlarının sayında isə əksinə noyabr ayında azalma qeydə alınıb. Kredit kartlarını sayı noyabrda 18 min ədəd və ya 2,6% azalaraq dekabrın 1-nə 670 min ədəd təşkil edib.
report.az