“Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə sərgi açılıb
17.1.2017

Bakı Xətai Sənət Mərkəzində tanınmış gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılıb.

“Yeddi gözəl” adlı sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşib. Sərgidə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim olunub.

Böyük Azərbaycan şairinin “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi çərçivəsində reallaşan sərgi üç gün davam edəcək.

azertag.az